Bakıda Avropa film bayramı - FOTOLAR

Bakıda Avropa film bayramı - FOTOLAR
Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin ölkəmizdəki səfirlikləri və "Park Cinema" şəbəkə kinoteatrlarının birgə təşkili ilə 4-cü Avropa Film Festivalının açılışı olub.Festival zamanı Aİ-yə üzv olan 17 ölkənin və Azərbaycan filmləri nümayiş etdiriləcək, bu filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparılacaq.2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa filmi (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir.ANN.Az açılışdan hazırladığı fotosessiyanı oxucularına təqdim edir.ANN.Az

Xəbər lenti