AZTV-də efirə getməyən ifa: "Ayə, hara gedirsən, ayə" (VİDEO)

AZTV-də efirə getməyən ifa:
AzTV-nin nəzdində olan Mədəniyyət kanalının efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişlə balı maraqlı kadrlar ortaya çıxıb. 
 
ANN.Az-ın verdiyi xəbərə görə, gənclərin maraqla izlədiyi verilişlərdən biri olan MAG-a dəvət edilən istedadlı ifaçı Vüsal Rzasoya həsr edilən veriliş geniş müzakirələrə səbəb olub. Təxminən noyabr ayında çəkilən verilişdə Vüsal Rzasoyun ifa etdiyi rok parçalardan biri - "Ayə, haraya gedirsən, ayə" parçası maraqla qarşılanıb.
 
Azxeber.com-un bu parça ilə paylaşdığı və dərhal mediada geniş yayılan xəbərdən az sonra verilişin yaradıcı heyətindən maraqlı açıqlama gəlib.
 
MZ productionun rəhbəri Üzlüfət Qasımova "Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”. 


www.ann.az

Xəbər lenti