"Azercell"dən abonentlərinə xəbərdarlıq

Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğularda baş vermiş hal ilə əlaqədar bəzi abunəçilərin 3G şəbəkəsində istifadə zamanı zənglər həyata keçirərkən müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Ann.az xəbər verir ki, bu barədə "Azercell Telekom" MMC-nin yaydığı məlumatda deyilir.
 
"Bu səbəbdən narahatlığa görə təəssüf edir və çətinliklə qarşılaşdıqda ya "Azercell"in mobil internet xidmətindən istifadə edilməsi, ya da telefon cihazında şəbəkə seçimini qeyri-avtomatik rejimdə sazlayaraq səsli zəng xidməti üçün 2G şəbəkəsinin seçilməsi tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.
 
Mobil operator bəyan edir ki, yaranmış halın aradan qaldırılması üçün təcili görülməkdədir: "Qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək, bu barədə şirkət tərəfindən əlavə məlumat veriləcək".



www.ann.az

Xəbər lenti