Azərbaycanlı xanıma Estoniyada yüksək vəzifə verildi (FOTOLAR)

Azərbaycanlı xanıma Estoniyada yüksək vəzifə verildi (FOTOLAR)
Həmvətənimiz Züleyxa İzmayılova Tallinin vitse-meri olacaq. "Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova haqqında ictimaiyyət bir o qədər də məlumatlı deyil.

Ann.az Azərtac-a istinadən xəbər verir ki, Z.İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Bundan əvvəl Z.İzmayılova özünü mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan "Estoniya Yaşıllar Hərəkatı” təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İzmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra "Estoniya Yaşılları”na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədridir.






www.ann.az

Xəbər lenti