Azərbaycanlı rejissorun layihəsi Hollandiyada qalib oldu

Azərbaycanlı rejissorun layihəsi Hollandiyada qalib oldu
İlk dəfə olaraq Azərbaycanlı rejissorun kinolayihəsi Rotterdam kino festivalının nəzdindəki Hubert Bals Fondu kinolayihələr müsabiqəsinin qalibi olub.

ANN.Az-ın Kulis.az-a istinadla verdiyi xəbərə görə, rejissor Elvin Adıgözəlin "Yaşar” kinolayihəsi qalib olan doqquz layihədən biri seçilib. Müsabiqədə 315 layihə yarışıb. Qaliblər öz ssenarilərinin yazılması üçün maliyyə mükafatı alacaqlar. Bu, həm də layihənin Avropa kino mütəxəssislərinin diqqətini cəlb etməsi deməkdir.

"Yaşar” kinolayihəsi ən yaxın adamlarla belə dil tapa bilməyən yaşlı bir adamın hekayəsindən bəhs edəcək Azərbaycan və Fransanın ortaq işidir. Layihə bundan əvvəl İstanbul beynəlxalq kinofestivalında qalib olub. 

Xatırladaq ki, rejissorun Rüfət Həsənovla birgə çəkdiyi  "Buqələmun” filmi 66-cı Lokarno kino festivalının müsabiqə proqramında iştirak etmişdi. Film 10-a yaxın nüfuzlu festivalda nümayiş olunub.

Həmçinin, müstəqil kinolayihələrdən başqa, rejissor tamaşaçılara müstəqil teatr layihələri - tamaşalar təqdim etmişdi.
 


www.ann.az

Xəbər lenti