Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini aldı

Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini aldı
Azərbaycan əsilli rusiyalı iş adamları Qod Nissanov və Zarax İliyevə məxsus "Kiyev meydanı” şirkəti "Olimpiyskiy” idman komplekslərini alıb.

Ann.az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilən idman kompleksi adı Rusiyanın ən zəngin insanları siyahısında olan Musa Bajayevin "Alyans” şirkətinə məxsus olub.

2017-ci ilin dekabrında bağlanan sazişin dəyəri açıqlanmır. Məlumata əsasən, "Olimpiyskiy” kompleksinin yeni sahibləri layihəyə  ən azı 300-400 mln. dollar investisiya yatırmağı planlaşdırırlar. 

"Olimpiyskiy” idman kompleksi "Sülh prospekti” metrostansiyasının yaxınlığında, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib. 

Moskva merinin müavini Aleksandr Qorbenko  hazırda "Olimpiyskiy” idman kompleksinə daxil olan obyektlərin köhnəldiyini və müvafiq tələblərə cavab vermədiyini bildirib.

"İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan bu obyektə investisiya yatırmağa hazır olan investor lazım idi”, - deyə Aleksandr Qorbenko "Forbes”ə bildirib.


www.ann.az

Xəbər lenti