Azərbaycanlı futbolçu Almaniya klubunda (FOTO)

Azərbaycanlı futbolçu Almaniya klubunda (FOTO)
Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov klubunu dəyişib. 

Ann.az xəbər verir ki, cari mövsümdə Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən "Dinamo"nun (Berlin) formasını geyinən 28 yaşlı hücumçu "Proyssen Myunster”lə iki illik müqavilə bağlayıb.

Dadaşov Almaniyanın III liqasında çıxış edən yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Onun Berlin klubu ilə müqavilə müddəti yaya qədər olduğundan, bu transfer "Proyssen Myunster”ə havayı başa gəlib.

Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridi. O, 24 matçda 23 qol vurub.

"Proyssen Myunster” 32 turdan sonra 39 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır.
 


www.ann.az

Xəbər lenti