Azərbaycanlı cazmen Parisdə konsert verəcək

Azərbaycanlı cazmen Parisdə konsert verəcək
Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

Ann.az AzərTAv-a istinadla xəbər verir ki, konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

www.ann.az

Xəbər lenti