Azərbaycanlı aktyor filmə çəkilmək üçün İrana dəvət olunub

Azərbaycanlı aktyor filmə çəkilmək üçün İrana dəvət olunub
Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşov filmə çəkilmək üçün İran İslam Respublikasında dəvət olunub.

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, İranın "Günəşfilm” Studiyasında istehsal olunacaq şərti adı "Sərhəd” olan ("Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq.
 
Filmin quruluşçu rejissoru və ssenari müəllifi  Ali Abdalidir.

Artıq filmin çəkilişlərinə start verilib. Əmrah Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.

Qeyd edək ki, Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi tanınan aktyor 2017-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin aktyoru” mükafatına layiq görülüb.
 


www.ann.az

Xəbər lenti