Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi

Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
Dünən axşam tanınmış azərbaycanlı bilyardçı vəfat edib.

ANN.Az xəbər verir ki, dəfələrlə çempionluğa sahib olan Emin Hüseynov dünən Bakıda dünyasını dəyişib. Bu barədə Trend-ə onun qardaşı Dünya Gözəllik Konqresinin prezidenti Zamiq Hüseynov məlumat verib.

Bilyardçının 38 yaşında ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Emin Hüseynov beynəlxalq dərəcəli idman ustası olub. 2001-ci ildə təşkil olunmuş piramida üzrə dünya çempionatının dördüncüsü olmağı bacarıb. O, Azərbaycanda keçirilən bilyard yarışlarında 6 dəfə birinci yerə layiq görülüb.

www.ann.az

Xəbər lenti