Azərbaycanın 5 iri bankı bazarın 65%-nə nəzarət edir

Azərbaycanın 5 iri bankı bazarın 65%-nə nəzarət edir
2017-ci ilin yekunlarına görə, Azərbaycanın 5 iri bankı -  "Azərbaycan Beynəlxalq Bankı", "Paşa Bank", "Kapital Bank", "Xalq Bank" və "Azərbaycan Sənaye Bankı" ASC-lər bank sektorundakı aktivlərin 65,23%-nə nəzarət edir. 

"Report" xəbər verir ki, bu ilin əvvəlinə, adı çəkilən bankların məcmu aktivləri 18 190,266 mln. manat təşkil edib. 

Hesabat tarixinə bank sektoru üzrə ümumi göstərici isə 27 886,04 mln. manat olub. Bu, 2016-cı ilin yekunları ilə müqayisədə 2 869,415 mln. manat və yaxud 9,3% azdır. 

Xatırladaq ki, ötən ilin əvvəlinə bank sektorunun məcmu aktivləri 30 755,455 mln. manat, ən iri 5 bankın məcmu aktivləri isə 21 186,679 mln. manat təşkil edib. Yəni, iri banklar bazarın 68,9%-nə nəzarət edib. 

Müqayisə üçün bildirək ki, sözügedən nisbət Rusiyada 55,8% təşkil edir. 


www.ann.az

Xəbər lenti