Azərbaycanlı futbolçu Almaniyada 15 qol vurub, bombardir oldu

Azərbaycanlı futbolçu Almaniyada 15 qol vurub, bombardir oldu
Almaniyanın Regional Liqasında XVI turun oyunları keçirilib. 

Ann.az Fanat.az-a istinadən xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə meydana çıxıb.

Millimizin sabiq üzvünün komandası "Babelsberq"in qonağı olub. Rüfət start heyətində yer alıb və sonadək mübarizə aparıb. O, 89-cu dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb - 1:1.

Bu Rüfətin cari mövsümdə vurduğu 15-ci qol olub. O, Regional Liqanın Cənub-şərq regionun bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi Abu-Bakar Karqbonu (Viktoriya Berlin) 5 qol qabaqlayır.

Qeyd edək ki, "Dinamo" 16 turdan sonra 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

www.ann.az

Xəbər lenti