Azərbaycandan Avropaya 29 avroya uçuş

Azərbaycandan Avropaya 29 avroya uçuş
Azərbaycan və Bolqarıstan prezidentəri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib. 

ANN.az-ın məlumatına görə, uçuşlar 16 yanvar 2018-ci ildən "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Bolqarıstan paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq. 

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

www.ann.az

Xəbər lenti