Azərbaycandakı rus icmasının rəhbəri: “Rusiyada başqa millətlərə tolerant münasibət yoxdur”

Azərbaycandakı rus icmasının rəhbəri: “Rusiyada başqa millətlərə tolerant münasibət yoxdur”
"Rusiya da Azərbaycan kimi çoxmillətli ölkədir. Azərbaycanda bütün xalqlara bərabər münasibət göstərilir, ölkədə tolerant mühit var. Təəssüflər olsun ki, biz Rusiyada tolerant mühitin olduğunu görmürük”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin deyib.
O bildirib ki, Azərbaycanın ruslara münasibətini yüksək dəyərləndirir: "Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar bizi narahat edir. Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir”.

www.ann.az

Xəbər lenti