Azərbaycandakı Höte Mərkəzinin direktoru Bakıya gəlib

Azərbaycandakı Höte Mərkəzinin direktoru Bakıya gəlib
 Azərbaycanda yeni açılan və sentyabr ayından fəaliyyətə başlayan Höte Mərkəzinin direktoru Alfons Huq Bakıya gəlib.

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, yeni direktorun fəaliyyətə başlaması münasibətilə səfir Mixael Kindsqrabın igamətgahında rəsmi ziyafət təşkil olunub.

Səfir bildirib ki, bu, Almaniya və Azərbaycan arasında baş tutacaq "Mədəniyyət ipək yolu" layihəsi üçün əla başlanğıcdır.

Qeyd edək ki, Alfons Huq Azərbaycandan əvvəl Moskva, Rio-de-Janeyro və Laqosda Höte İnstitutunun direktoru vəzifəsində çalışıb.
 



www.ann.az

Xəbər lenti