Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi

Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.Nazirlər Kabinetindən verilən məlumata görə, "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.ANN.Az

Xəbər lenti