Azərbaycanda yeni federasiya yaradılır

Azərbaycanda yeni federasiya yaradılır
Azərbaycan Dünya Boks Şurasının (WBC) sayca 166-cı üzvü seçildi.

Oxu.az xəbər verir ki, bunu WBC-nin prezidenti Maurisio Süleyman jurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizi bu təşkilata üzv seçilməsi münasibətilə təbrik edib. M.Süleyman Azərbaycanın Dünya Boks Şurasının 55-ci konvensiyasına ev sahibliyi etməsinə görə ölkə prezidentinə təşəkkür edib: "İlham Əliyevlə söhbət zamanı onda idmana olan marağı gördüm. Bu, ölkədə idmanın inkişafı üçün müsbət təsir göstərəcək”.

Daha sonra o bildirib ki, yaxın zamanlarda Azərbaycanda WBC üzrə peşəkar Boks Federasiyası yaradılacaq.

Bundan başqa, Azərbaycanda WBC kəməri uğrunda döyüşlərin keçirilməsi planlaşdırılır. Bununla bağlı promouterlərlə danışıqlara başlanılıb.
 


www.ann.az

Xəbər lenti