Azərbaycanda qızıl hasilatı 7 dəfədən çox artıb

Azərbaycanda qızıl hasilatı 7 dəfədən çox artıb
Azərbaycanda 2018-ci ilin yanvar ayında 744,8 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə çoxdur.

Ann.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 fevral 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 40 kq təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub. 

Hazırda Azərbaycanda qızıl Daşkəsən ("AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

"Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.




www.ann.az

Xəbər lenti