Azərbaycanda iki bank birləşdirilir

Azərbaycanda iki bank birləşdirilir
"Atabank” və "Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək "Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. 

ANN.Az Report-a istinadən xəbər verir ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "Atabank” və "CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

www.ann.az

Xəbər lenti