Azərbaycanda ev telefon nömrələrini daşımaq olacaq

Azərbaycanda ev telefon nömrələrini daşımaq olacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib. 

Bu barədə cümə axşamı Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib.

Onun sözlərinə görə, xidmət operatorun telekommunikasiya qovşaqları hüdudunda (Bakı şəhəri və paytaxtın qəsəbələri) göstərilir: "Vətəndaşlar yeni yaşayış yerinə köçərkən telefon nömrəsini saxlaya bilərlər".

X.Kişiyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:

"Gələcəkdə xidmətin respublika ərazisi üzrə genişləndirilməsi istisna edilmir. Bu, "Bakı Telefon Rabitəsi" və "Aztelekom"un birgə səyləri sayəsində mümkün olacaq".

Xidmətin tətbiqi fiksasiya edilmiş rabitə abonentlərinə operatorun dəyişdirilməsi halında öz telefon nömrəsini saxlamağa imkan verəcək. Nömrənin daşınması abonent nömrəsinin bir operatorun şəbəkəsindən digərinin şəbəkəsinə tam miqrasiyasını nəzərdə tutur.

ANN.Az

Xəbər lenti