Azərbaycanda bu ixtisaslar üzrə təhsilhaqqı artdı: 1000-1500 manat

Azərbaycanda bu ixtisaslar üzrə təhsilhaqqı artdı: 1000-1500 manat
Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.

Ann.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə  yeni ixtisaslar da yaranıb:

1. Bitki mühafizəsi
2. Bağcılıq və tərəvəzçilik

K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 manat (2017-də 3000 AZN idi).
2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). 

www.ann.az

Xəbər lenti