Azərbaycanda banklararası kredit faizləri yüksəldi

Azərbaycanda banklararası kredit faizləri yüksəldi
Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb.

Ann.az xəbər verir ki, bu göstərici may ayında daha 0,06 faiz bəndi artaraq iyunun 1-nə illik 11,64% təşkil edib.

Mərkəzi Bankın aylıq hesabatına əsasən, may ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 5,18%-dən 5,74%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib. 

www.ann.az

Xəbər lenti