Azərbaycanda alpinistlər dağda yoxa çıxdı (FOTOLAR)

Azərbaycanda alpinistlər dağda yoxa çıxdı (FOTOLAR)
Qubada üç alpinist itkin düşüb. Ann.az bildirir ki, Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə iki gündür Xınalıq ərazisində yoxa çıxıblar.

İtən alpinistlər "Gilavar - Air & Extreme Sports Club”un üzvləridir. İdmançıların yaxınları bildiriblər ki, onlar Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Qeyd edilir ki, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının üzvləri, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışlara cəlb edilib.

Klub üzvləri məlumat veriblər ki, bu gündən alpinistlərin helikopterlə axtarışına başlanacaq.

Fövqəladə Hallar Nazirliyi artıq 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən Ann.az-a bildirilib ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. 

Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. 

Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.
 








www.ann.az

Xəbər lenti