Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələr siyahısında

Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələr siyahısında
Türkiyəyə birbaşa xarici investisiya bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 4 milyard 108 milyon dollara çatıb.

Ann.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı ilin ilin ilk yarısında isə bu rəqəm 2 milyard 736 milyon dollar olub.

Beləliklə, Türkiyənin xarici sərmayə xalis aktiv alışı 1 milyard 645 milyon dollar oldu.

Türkiyədə 2017-ci ilin yanvar-iyun ayları arasında ən çox sərmayə qoyan ölkələr İspaniya (24,3 %), Hollandiya (20 %), Qətər (13,2 %), Azərbaycan (7,5) və Belçikadır (5,2).

www.ann.az

Xəbər lenti