Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü Bakıda keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü Bakıda keçiriləcək
Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək. 

Bu barədə ANN.Az diplomatik mənbələrə istinadən xəbər verir.

Görüş iyulun 18-19-na planlaşdırılır.

"Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür", - diplomatik mənbə bildirib.

Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.
 


www.ann.az

Xəbər lenti