Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək (FOTO)

Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək (FOTO)
"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.  

Qeyd olunub ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.
 



www.ann.az

Xəbər lenti