Azərbaycan şirkətinin sponsor olduğu verilişdə erməni “Can Qarabağ” oxudu (FOTO,VİDEO) + YENİLƏNİB

Azərbaycan şirkətinin sponsor olduğu verilişdə erməni “Can Qarabağ” oxudu (FOTO,VİDEO) + YENİLƏNİB
"Azərsun Holdinq” şirkəti "Azərçay”ın sponsor olduğu "Pole çudes” verilişində erməni separatçılarının mahnısının səsləndirilməsinə münasibət bildirib.

Şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Oxu.az-a açıqlamasında deyib ki, separatçıların mahnısının efirə getməsindən dərhal sonra verilişin aparıcısı Leonid Yakuboviçlə əlaqə saxlanılıb və ciddi etiraz bildirilib. 

Hadisəyə aydınlıq gətirən Leonid Yakuboviç bunun təsadüf olduğunu deyib:

"Bu qonağın öz təşəbbüsü idi. Mən erməni dilini bilmirəm və bu səbəbdən heç nə başa düşməmişəm”.

Öz növbəsində "Birinci” kanalın rəhbərliyi verilişin bu hissəsini YouTube portalından silinəcəyi və insidentə görə günahkar əməkdaşların cəzalandırılacağına söz verib.

Bundan əlavə "Pole çudes” verilişinin dekabrın 15-də yayımlanacaq efirində Azərbaycan və Qarabağla bağlı dəqiq və ətraflı məlumatlar veriləcək.
 
 
14:28 
 
Rusiyanın "Birinci” kanalında cümə günü efirə çıxan "Pole çudes” verilişində erməni dilində "Can Qarabağ” mahnısı səsləndirilib.

ANN.Az-ın oxu.az-a istinadən xəbərinə görə, verilişin iştirakçısı Xankəndini təmsil edən Georgi Qasparyan olub. O, barabanda hədiyyə sektoruna düşüb. Hədiyyəsini alandan sonra isə erməni oxumaq istədiyini bildirib və "Can Qarabağ "mahnısını ifa edib (06:45-dən baxın).


Qeyd edək ki, verilişin sponsorları arasında "Azərçay” da var və Yakuboviç efir zamanı Azərbaycan brendini iki dəfə reklam edib.

Bundan əlavə tanınmış aparıcı bir neçə dəfə Azərbaycanda olub, "Azərsun Holdinq”in rəhbərliyi ilə görüşüb və "Qarabağ” komandasının oyunlarını izləyib.
 
 

Belə nəticə çıxarmaq olar ki, Yakuboviçin Qarabağ münaqişəsi barədə məlumatı olmaya bilməz. Maraqlıdır ki, onun Bakıdan qayıdışından bir neçə gün sonra efirdə Qarabağa həsr olunmuş erməni dilində mahnı səsləndirilib.

www.ann.az

Xəbər lenti