Azərbaycan-Rusiya sərhədində böyük tıxac

Azərbaycan-Rusiya sərhədində böyük tıxac
Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb", - deyə məlumatda bildirilir.

Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.

Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.

www.ann.az

Xəbər lenti