Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib - FOTOLAR

Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib - FOTOLAR
 Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib. 

ANN.Az "Report"a istinadən xəbər verir ki, "Force İndia"nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib. 
Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi boldin tormuzu bloklandığı üçün trassın kənarına çıxıb.
 




www.ann.az

Xəbər lenti