Azərbaycan Prezidenti Ukraynanın xarici işlər nazirini qəbul edib (YENİLƏNİB)

Azərbaycan Prezidenti Ukraynanın xarici işlər nazirini qəbul edib (YENİLƏNİB)
 
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu səfər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verib. Dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.

İki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Prezident İlham Əliyev beynəlxalq strukturlarda da fəal əməkdaşlığın həyata keçirildiyini deyib. 

Dövlət başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edərək, bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçdiyini vurğulayıb və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını deyib. 

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Prezident Petro Poroşenkonun salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırıb. İqtisadi əməkdaşlığa toxunan Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğulayıb. Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.

Dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.
 
 
12:18 
 
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANN.Az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 
 


www.ann.az

Xəbər lenti