Azərbaycan Prezidenti Münxendə görüş keçirib

İqtisadiyyat 17-02-2017 21:20 Oxunma sayı: 125
Azərbaycan Prezidenti Münxendə  görüş keçirib
Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün "MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

ANN.AZ/ Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə "MAN SE" şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.

"ANN"un xəbərinə görə, görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. 

Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün "MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

www.ann.az

Loading...