Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar, yaxud 0,40% azalıb.

ANN.Az xəbər verir ki, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 56,74 dollara bərabər olub.

Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az

Xəbər lenti