Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,39 dollar və yaxud 2,35% artıb.

Ann.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 60,51 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az

Xəbər lenti