Azərbaycan neftinin qiyməti 57 dollara çatıb

Azərbaycan neftinin qiyməti 57 dollara çatıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,04 dollar və yaxud 1,86% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 56,90 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az

Xəbər lenti