Azərbaycan millisində yeni legioner - FOTOLAR

Azərbaycan millisində yeni legioner - FOTOLAR
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına belaruslu legioner cəlb olunub. 

ANN.Az Sport7.az-a istinadən xəbər verir ki, legioner idmançının adı Kristina Jukovetsdir.

23 yaşlı idmançı hazırda Bakı İdman Sarayında keçirilən ölkə çempionatında 70 kq çəki dərəcəsində qızıl medal qazanıb."Neftçi" İdman Klubunun üzvü finalda Salyandan olan Aidə Baxışovanı yenib.Bundan öncə o,gənclər arasında ölkə birinciliyində də qalib olub.

Azərbaycan Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlu "Report"a açıqlamasında belaruslu legioneri qadın cüdosunda da yüksək nailiyyətlər qazanmaq üçün heyətə cəlb etdiklərini bildirib:"Federasiyamızın vitse-prezidenti Sadıq Sadıqovun da dediyi kimi,məqsədimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qadın cüdosunda da 3 lisenziya qazanmaqdır.Yuxarı çəki dərəcəsində belə bir səviyyəli idmançımız az olduğundan,Kristina Jukovetsi heyətə cəlb etmişik.Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərdiyi üçün yığmanın qarşıdakı təlim-məşq toplanışlarına cəlb olunacaq.Ona ümidlərimiz böyükdür".

Qeyd edək ki,Kristina Jukovets Belarusun Bobruysk şəhərində idmançı ailəsində doğulub.O, sambo üzrə dünya çempionudur.Bacılarından Diana 16, Maryana isə 8 yaşında olmasına baxmayaraq,bir sıra yarışlarda Belarusa medallar qazandırıblar.Valideynləri Vadim və Nonna Jukovetslər isə cüdo və sambo məşqçisidirlər.
 






www.ann.az

Xəbər lenti