Azərbaycan milli komandasının futbolçusu 5 ilədək həbs oluna bilər

Azərbaycan milli komandasının futbolçusu 5 ilədək həbs oluna bilər
İspaniyanın "Alkorkon" klubunda çıxış edən Eddi İsrafilov həbs oluna bilər.

Ann.az "Europa Press"ə istinadən xəbər verir ki, azərbaycanlı futbolçunu 5 ilədək həbs cəzası gözləyir. Buna səbəb onun 2015-ci ildə komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın seks videosunu yayması olub. Eddi həmin vaxt "Eybar"da çıxış edirdi.

Enriç və Luna bir qadınla cinsi əlaqədə olan zaman prosesi videoya çəkiblər. Qadın bunu videoya çəkməməyi xahiş etsə də, mümkün olmayıb. Onlar sonradan videonu digər şəxslərə də göndəriblər. Həmin görüntülərdə futbolçular qarşılıqlı razılıq əsasında videonu "Whatsapp" vasitəsilə İsrafilova ötürüblər. 

Qadının vəkili İniqo İruin bildirib ki, məhkəmə görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Serxio Enriç və Antonio Luna ilə yanaşı, İsrafilovu da günahlandırır. İspaniya Cinayət Məcəlləsində razılıq olmadan və ya yayılmaması üçün çəkiliş etməyin cəzası 2 ildən 5 ilədək həbsdi.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. 

www.ann.az

Xəbər lenti