Azərbaycan klubunun baş məşqçisi istefaya göndərildi

Azərbaycan klubunun baş məşqçisi istefaya göndərildi
"Keşlə" klubunun (İnter) rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.

Ann.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə komandanın fəaliyyəti müzakirə olunub.

Qərara alınıb ki, Zaur Svanadze və Ramaz Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

www.ann.az

Xəbər lenti