Azərbaycan klublarından Avropada iki qələbə - VİDEO

Azərbaycan klublarından Avropada iki qələbə - VİDEO
Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. 

ANN.Az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi də cavab oyununa çıxıb.

Bakı "İnter"i doğma meydanda Serbiyanın "Mladost" klubunu sınağa çəkib. Səfərdə 3:0 hesablı qələbə qazanan Bakı təmsilçisi evdə də rəqibinə güzəşt etməyib - 2:0. Hesabı 23-cü dəqiqədə Denis Silva açıb. İlk yarının sonunda "Mladost"dan Aleksandr Peyovic qırmızı vərəqə alıb. 74-cü dəqiqədə isə Nizami Hacıyev fərqlənib.


"İnter"in II təsnifat mərhələsindəki rəqibi Lüksemburqun "Fola" klubu olacaq. Bu komanda I təsnifat mərhələsində Moldovanın "Milsami" klubunu mübarizədən kənarlaşdırıb (2:1, 1:1).

Digər klubumuz "Zirə" isə Lüksumburqda "Differdanj"ın qonağı olub. Evdə 2:0 hesablı qələbə qazanan Bakı klubu səfərdə də rəqibinə aman verməyib. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən David Vandenbrok açıb. "Zirə" 64-cü dəqiqədə David Manqanın qolu ilə bərabərliyi təmin edib. 4 dəqiqə sonra isə Ricard Qadze qələbə topunu vurub.


"Zirə" II təsnifat mərhələsində Rumıniyanın "Astra" komandası ilə qarşılaşacaq. Bu komanda mübarizəyə ikinci mərhələdən start verəcək.

Mübarizəyə II təsnifat mərhələsindən başlayaq "Qəbələ"nin də rəqibi müəyyənləşib. Polşanın "Yagelloniya" klubu Batumi "Dinamo"sunu (Gürcüstan) mübarizədə nkənarlaşdıraraq təmsilçimizə rəqib olub (1:0, 4:0). 

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.
 


www.ann.az

Xəbər lenti