Azərbaycan İslam hərbi koalisiyasına qoşulur? - XİN-dən AÇIQLAMA

Azərbaycan İslam hərbi koalisiyasına qoşulur? - XİN-dən AÇIQLAMA
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib. 

XİN-dən ANN.Az-a verilən məlumata görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. 

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə XİN rəsmisi bildirib. 

www.ann.az

Xəbər lenti