Azərbaycan hər idmançıya medal sayına görə mükafat verəcək, yoxsa...? - RƏSMİ

Azərbaycan hər idmançıya medal sayına görə mükafat verəcək, yoxsa...? - RƏSMİ
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlarları qazandıqları medal sayına uyğun ödəniləcək.
 
Bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib. Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".
 
Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Sərəncama əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı dövlət, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək ("Report").



www.ann.az

Xəbər lenti