Azərbaycan “Eurovision”ın finalında – VİDEO

Azərbaycan “Eurovision”ın finalında – VİDEO
Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində "Eurovision - 2017” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

ANN.Az xəbər verir ki, çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva finala vəsiqə qazanıb.   

Azərbaycanla yanaşı finala vəsiqə qazanan digər ölkələr aşağıdakılardır:

Moldova
Yunanıstan
İsveç
Portuqaliya
Polşa
Ermənistan
Avstraliya
Kipr
Belçika

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.



www.ann.az

Xəbər lenti