Azərbaycan çempionatlarının 34 bombardiri - SİYAHI

Azərbaycan çempionatlarının 34 bombardiri - SİYAHI
Bu həftə Topaz Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 26-cı ölkə çempionatı öncəsi yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib.
 
ANN.Az xəbər verir ki, cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb. İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.

Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir. Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib.

1.Nazim Əliyev183
2.Müşfiq Hüseynov125
3.Rövşən Əhmədov116
4.Qurban Qurbanov      115
5. Samir Ələkbərov115
6.Alay Bəhramov      108
7.Nadir Nəbiyev      103
8.Xaqani Məmmədov      102
9.Vadim Vasilyev      102
10.Kənan Kərimov      101
11.Musa Qurbanov       94
12.Fazil Pərvərov       89
13.Samir Musayev       88
14.Fərrux İsmayılov 85
15. İmamyar Süleymanov 85
16.Samir Əliyev 84
17.İsmayıl Məmmədov       76
18.İlham Məmmədov 74
19.Azər İsayev 73
20.Paşa Əliyev 72
21.Badri Kvaratsxeliya       71
22.Zaur Ramazanov 70
23.Yunis Hüseynov       66
24.Vidadi Rzayev       65
25. Mahir Əliyev 65
26.Mahmud Qurbanov       61
27. Ramiz Məmmədov       61
28. Georgi Adamiya       61
29.Rəşad Abdullayev58
30.Həsən Abdullayev51
31.Vaqif Cavadov      50
32. Vüqar Qəmbərov50
33.  Mehman Baxışov      50
34. Yalçın Bağırov      50

www.ann.az

Xəbər lenti