Azərbaycan bank sektorunun xarici öhdəlikləri kəskin azaldı

Azərbaycan bank sektorunun xarici öhdəlikləri kəskin azaldı
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il oktyabrın 1-nə 2 706,5 mln. manat təşkil edib.

ANN.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 3 721,8 mln. manat və ya 2,38 dəfə azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 2,35 dəfə azalıb.

"Report"un analitik qrupu bildirir ki, kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi səbəbindən baş verib. Nəticədə, dollar ekvivalentində xarici öhdəliklər oktyabrın 1-nə 1 592 mln. dollar təşkil edib. Bu göstərici sentyabrın 1-nə 3 779,1 mln. dollar, avqustun 1-nə 4 051 mln. dollar, iyulun 1-nə 3 995,3 mln. dollar olub. Yəni, dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri 2,37 dəfə azalma göstərib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il yanvar ayında qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub.
 


www.ann.az

Xəbər lenti