Azərbaycan AŞPA-nı ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib

Azərbaycan AŞPA-nı ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün dəvət alıb.

Bu barədə Ann.az-a Avropa Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən məlumat verilib ki, AŞPA bu məsələni nəzərdən keçirəcək: "Monitorinq məsələsi hələ təsdiqlənməyib".

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Azərbaycan Mərkəzi Seçki Komissiyası daha əvvəl seçkilərin müşahidə edilməsi üçün beynəlxalq müşahidəçilərə təkliflər göndəriləcəyini açıqlayıb.

www.ann.az

Xəbər lenti