"Azər-Türk Bank" yeni müqavilə imzalayıb

CəmiyyətVİDEO 17-02-2017 18:20 Oxunma sayı: 114
Bank ödənişləri asanlaşdırmaq üçün daha bir yenilik edib.

REPORT.AZ/ "Azər-Türk Bank" ASC və onlayn ödəmə xidməti provayderi olan "GoldenPay" şirkəti arasında müqavilə imzalanıb. 

Bu barədə "Report"a Bankdan məlumat verilib.
 
Müqaviləyə əsasən, plastik kart sahibləri "Azər-Türk Bank"a olan kredit kartı və cari kredit borclarını "Hesab.az" portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

www.ann.az

Loading...