AZAL yeni onlayn satış sisteminə keçir

AZAL yeni onlayn satış sisteminə keçir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni onlayn satış sisteminə keçir.

AZAL-dan ANN.Az-a verilən məlumata görə, qurumun rəsmi saytının yenilənməsi və yeni onlayn satış sisteminə keçidlə əlaqədar olaraq, bu gün ərzində www.azal.az saytında aviabiletlərin satışı bölməsində profilaktik işlər aparılacaq.

İşlər başa çatdıqdan sonra yeni tariflər və onların şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, öncədən alınmış bütün aviabiletlər əvvəlki kimi qüvvədə qalır.
 


www.ann.az

Xəbər lenti