Ayaz Mütəllimov və deputatlar Fuad Musayevin dəfnində

Ayaz Mütəllimov və deputatlar Fuad Musayevin dəfnində
AFFA-nın ilk prezidenti Fuad Musayvein idarə mərasimi keçirilib. Ann.az fanat.az-a istinadən xəbər verir ki, mərasim "Təzə Pir" məscidində baş tutub.

Vida mərasiminə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllimov, millət vəkilləri Vahid Əhmədov və Arif Rəhimzadə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, 1990-cı illərdə partiya vədövlət orqanlarında təmsil olunmuş bir çox şəxs, futbol veteranları və ictimaiyyət üzvləri iştirak edib.

Cənazə namazından sonra Fuad Musayev Yasamal qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndir. 6-cı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində fəaliyyət göstərib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra - 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib, 2003-cü ilə kimi quruma rəhbərlik edib.

Fuad Musayev 16 İyun 2017-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada böyrək çatışmazlığından vəfat edib. Fuad Musayev səhhəti ilə əlaqədar Estoniyada müalicə alırdı. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Moskvaya gedərkən vəziyyəti qəfildən pisləşib, buna baxmayaraq xəstəxanada vəfat edib.

1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.


www.ann.az

Xəbər lenti