Avropada ilk məğlubiyyətimiz

Avropada ilk məğlubiyyətimiz
"Zirə” bu gün növbəti avrokubok sınağına çıxıb. Ann.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Avropa Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.

Qəsəbə klubu çətin səfər oyununda "Astra”nın qonağı olub. I təsnifat mərhələsində "Duferdanj”ı hər iki matçda məğlub edən (2:0, 2:1) paytaxt təmsilçisi bu gecə Avropada ilk məğlubiyyətini alıb - 1:3. "Zirə"nin yeganə qoluna 34-cü dəqiqədə Rəşad Sadiqov imza atıb.

Bu Azərbaycan klublarının cari mövsümdə avrokuboklarda ilk məğlubiyyəti olub. Klublarımız bundan əvvəl keçirdiyi oyunlarda 6 qələbə qazanmış, 1 heç-heçə etmişdi.
 
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar

13 iyul
Astra (Rumıniya) - Zirə (Azərbaycan) 3:1
Qollar: Aleksandru Yonita, 31. Aleksandru Dandea, 55. Antoni Le Tallek, 74 - Rəşad Sadiqov, 34.
Astra: 23. Plemen İlyev, 4. Markus Vidal, 6. Florin Bejan, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 27. Viorel Nikoara (96. Silvio Balauri, 78), 21. Eriko, 24. Flip Mrjyak, 30. Aleksandru Dandea (20. Robert Valseanu, 64), 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu (9. Antoni Le Tallek, 46).
Ehtiyat oyunçular: 33. Yonut Boşneaq, 25. Pyotr Polçşak, 71. Andrey Pitian, 95. Romario Moise.
Baş məşqçi: Eduard Yordanesku.
Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 6. Rəşad Sadiqov (11. Viktor İbokoye, 77), 7. Orxan Əliyev (43. Riçard Qadze, 65), 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 13. Aleksandr Şemonyayev (28. Təmkin Xəlilzadə, 56), 14. Qabriel Matey, 23. Yovan Krneta.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Sarı vərəqələr: Aleksandru Yonita, 36 - Aleksandr Şemonyayev, 53. Jozef Bum, 63.
Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (Belarus).
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan).
Hakim-inspektor: İrji Ulrix (Çexiya).
Giurgiu. Marin Anastasoviçi stadionu.

www.ann.az

Xəbər lenti