Avropa Liqasını "Atletiko" qazandı (VİDEO)

Avropa Liqasını
Avropa Liqasında final oyunu keçirilib.
 
Ann.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.
 
Lion şəhərində baş tutan həlledici görüşdə Fransa "Marsel”i ilə İspaniya "Atletiko”su üz-üzə gəlib. 3 qolun vurulduğu oyunda ispanlar 3:0 hesablı qələbə qazanıb. Fransa klubunun qapısından ilk iki qolu farnsız Antoine Qrizmann keçirib. Son qola isə kapitan Qabi imza atıb.

Bununla da "Atletiko” avrokuboklarsa 6-cı kuboku qazanıb. Madridlilər bundan əvvəl Avropa Liqası və Super Kubokun hərəsində 2, Kuboklar Kubokunda bir uğur əldə etmişdi. İspaniya klubu 1986-cı ildə Kuboklar Kubokunun finalında Kiyev "Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini uğurla tamamlayıb.

Marsellilər isə 25 illik kubok həsrətinə son qoya bilməyib. 1992/93 mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan da yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan "Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışsa da, buna nail olmayıb.
 
Avropa Liqası
Final
16 may

Marsel (Fransa) - Atletiko (İspaniya) 0:3
Qollar: Antoine Qrizmann, 21; 49. Qabi, 89.
Marsel: 30. Stiv Mandanda, 5. Lukas Okampos (14. Klinton N'Jie, 55), 8. Morqan Sanson, 10. Dimitri Payet (k) (27. Maksime Lopes, 32), 17. Buna Sarr, 18. Cordan Amavi, 19. Luiz Qustavo, 23. Adil Rami, 26. Florian Tauvin, 28. Valere Germain (11. Kostas Mitroglou, 74), 29. Andre-Frank Zambo Anquissa.
Ehtiyat oyunçular: 16. Yohann Pele, 2. Hiroki Sakai, 4. Bobakar Kamara, 6. Rolando.
Baş məşqçi: Rudi Qarsiya.
Atletiko: 13. Jan Oblak, 2. Dieqo Qodín, 6. Koke, 7. Antoine Qrizmann (9. Fernando Torres, 90), 8. Saul Niguez, 11. Anxel Korrea (5. Tomas Partey, 88), 14. Qabi (k), 16. Şime Vrsalko (20. Xuanfran, 46), 18. Dieqo Kosta, 19. Lukas Hernandes, 24. Jose Ximenez.
Ehtiyat oyunçular: 25. Aksel Verner, 3. Filipe Luis, 15. Stefan Saviç, 21. Kevin Qameyro.
Baş məşqçi: Dieqo Simeone.
Sarı vərəqələr: Cordan Amavi, 38. Luiz Qustavo, 75. Klinton N'Jie, 78 Şime Vrsalko, 23. Lukas Hernandes, 78.
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Lion. "Park Olimpik Lion”.

Xəbər lenti