Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı
Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb.

ANN.Az-ın məlumatına əsasən, bu barədə APA Aİ-nin saytına istinadən xəbər verir.

Məlumata əsasən, yeni yardım paketinin ayrılmasında məqsəd kənd və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiya siyasətini dəstəkləməkdir.

Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir, lakin eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var. Qeyd olunur ki, proqramın məqsədi regionun rəqabətədavamlılığını artırmaq, meyvə-tərəvəz sahəsində dayanıqlı inkişafını təmin etməkdir.

www.ann.az

Xəbər lenti